DiKapriodan yeni layihə Delfinlərlə bağlı

14.08.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hollivud aktyoru Leonardo DiKaprionun prodüserlik şirkəti dəniz heyvanlarının hüquq müdafiəçisi Rik O'Barrinin həyatından bəhs edən "Freeing Flipper" sənədli filminin icraçı prodüserliyini öz üzərinə götürüb.
Kulis.az xəbər verir ki, layihə məşhur təlimçinin fəaliyyətini və dəniz parklarında saxlanılan delfinləri azad etmək uğrunda apardığı mübarizəni bəhs edir.
Karyerasına 1960-cı illərdə məşhur "Flipper" serialı üçün delfin təlimçisi kimi başlayan O'Barri, "Kathie" adlı delfinin onun qollarında tələf olmasından sonra bu sahəyə qarşı kəskin mübarizəyə başlayıb.
"Dolphin Project" təşkilatının təsisçisi olan aktivist dəniz parklarındakı şəraiti və Yaponiyadakı delfin ovlarını ifşa etməsi ilə tanınır.

Barni Duqlasın rejissorluq etdiyi ekran işində "Oskar" mükafatçısı Fişer Stivens, aktrisa Meysi Uilyams, musiqiçi Stiven Stills kimi simaların müsahibələri yer alıb.
Qeyd edək ki, "Freeing Flipper" sənədli filminin beynəlxalq təqdimat və satış prosesinə Toronto Beynəlxalq Film Festivalı çərçivəsində başlanılacaq.

Damla-damla yoxa çıxan zövqümüz... Oskar mükafatlı müğənni vəfat etdi Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью