Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
90-cı illərdə yaraşığı ilə diqqət çəkən türkiyəli aktyor Kaan Girgin uzun aradan sonra ortaya çıxıb.
Axşam.az xəbər verir ki, aktyorun yeni fotoları sosial mediada yayılıb.
Qeyd edək ki, Kaan Girgin ilk evliliyini 1993-cü ildə balerina Canan Yakacıkla edib. Bu nikahdan 1995-ci ildə Oğul adlı oğlu dünyaya gəlib. Cütlük 2000-ci ildə boşanıb.
Girgin həmin il aktrisa Ceyda Düvenci ilə ailə qurub. Onların evliliyi 2002-ci ildə başa çatıb. Aktyor 2005-ci ildə həkim Seran Havva Göçerlə üçüncü dəfə nikah masasına oturub. Bu evlilikdən Serap adlı qızı dünyaya gəlib. Cütlük 2008-ci ildə ayrılıb.
Aktyor "Gözlerinde son gece", "Böyle mi olacaktı", "Ayrı dünyalar", "Dikkat bebek var", "Lale devri", "Kurtlar Vadisi Pusu" kimi layihələrdə rol alıb.