Dil normalarını qorumalıyıq Nadir Məmmədli

07.11.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Dil normalarını qorumalıyıq".

Redaktor.az xəbər verir ki, bu fikirləri AMEA dilçilik İnstitutunun direktoru Nadir Məmmədli “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bunu sadəcə gəlişi gözəl bir söz kimi demək düzgün deyil:

"Azərbaycanın hər dövrünün öz dil normaları olub. Məsələn, bu gün deyirlər ki, Füzulinin dili ağırdır. Əslində elə deyil, o, həmin dövrün dil normalarıdır. Nəsiminin dili də, Vaqifin dili də həmin prinsiplərə əsaslanırdı. Bu gün isə bizim dil normalarımız əsasən XX əsrdə formalaşıb. Mən deyirəm ki, Azərbaycan dili bu gün özünün ən yüksək, pik səviyyəsinə çatıb. Bütün üslublarımız işlək vəziyyətdədir və hamısı yüksək səviyyədədir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью