Dilan Polat boşanır: Yaşamaq həvəsim qalmayıb

02.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Türkiyənin başı qalmaqaldan açılmayan sosial media fenomeni Dilan Polat boşanmaq qərarına gəlib.

Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

D.Polat əri Engin Polatdan ayrılmaq qərarına da aydınlıq gətirib:

"Biz birlikdə zərər və ziyan görürük. Mən fərqində olmadan xoş niyyətim ilə zərər verirəm. Hamıdan və hər şeydən uzaqlaşmaq istəyirəm. Yaşamaq həvəsim qalmayıb. Ərimdən ayrılmaq qərarına gəldim".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью