Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli məşhur fenomen Dilan Polatın üçüncü övladı olacaq.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. O, hələ həkim müayinəsindən keçmədiyini də vurğulayıb.
Qeyd edək ki, Dilan Engin Polatla ailəlidir. Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen və həyat yoldaşı, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.
Cütlüyün 2 övladı var.