Dilarə Əliyeva Polad Bülbüloğlu ilə…

05.03.2025

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

Dilarə Əliyeva Polad Bülbüloğlu ilə…

Əməkdar artist Dilarə Əliyeva Xalq artisti Polad Bülbüloğlu ilə bir araya gəlib.

OLAY yazır ki, bu barədə aktrisa özü paylaşım edib.

Video paylaşan D. Əliyeva bunları yazıb:

“Bu gün Azərbaycan mədəniyyətinin canlı əfsanəsi, görkəmli bəstəkar və sənətkar Polad Bülbüloğlu ilə görüşdük. Onun musiqi dünyasına olan baxışı, incəsənətə verdiyi dəyər və sənət aləmində qazandığı böyük təcrübələr bizim üçün ilham mənbəyidir. Onun səmimi sözləri və unudulmaz melodiyaları uzun müddət yaddaşımızda qalacaq. Belə dəyərli insanlarla ünsiyyət qurmaq həqiqətən böyük xoşbəxtlikdir!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью