Dilarə Əliyevanın adından dələduzluq

06.06.2025

Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dilarə Əliyevanın adından dələduzluq

Əməkdar artist Dilarə Əliyevanın adından dələduzluq edilib.

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb.

O bildirib ki, adından istifadə edərək pərəstişkarlarını aldadırlar:

“TikTok-da bir səhifə adımdan istifadə edərək fanatlarımı aldadır, hansısa yolla səslərimi tapıb, whatsappda onlara göndərir. Onlara özünü mənim kimi təqdim edir. Mənim yalnız rəsmi instagram hesabım var, burada da səhifəm şirkət tərəfindən idarə olunur. Daxili İşlər Nazirliyi dələduzluqla mübarizə aparır hər zaman. Belə dələduzlara inanmayın”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью