Dilarə Kazımova ərəblərin diqqətini çəkdi Məşhur jurnal Tez gəl i bəyəndi

15.10.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avroviziya təmsilçimiz, müğənni Dilarə Kazımovanın "Tez gəl” adlı klipi artıq təkcə yerli yox, beynəlxalq diqqəti də cəlb edib.

AZXEBER.COM xəbər verir ki, klip məşhur "HP Magazine” jurnalının Ərəbistan versiyasının "instagram" səhifəsində paylaşılıb.

Müğənninin Xalq artisti Aygün Kazımovanın eyniadlı hitini modern şəkildə təqdim etməsi və klipdəki güclü vizual üslubu xarici auditoriyanın da marağına səbəb olub. Paylaşım altında izləyicilər Dilarənin səhnə obrazı və ifasını yüksək qiymətləndiriblər.

Bu paylaşım Dilarə Kazımovanın musiqi fəaliyyətinin sərhədləri aşdığını və onun yaradıcılığının artıq beynəlxalq miqyasda da izlənildiyini bir daha sübut edir.

Xatırladaq ki, Aygün Kazımovanın sözügedən mahnısı 2001-ci ildə işıq üzü görüb. "Tez gəl"in müəllifi Xanım İsmayılqızıdır. Bəstənin təzə versiyasını peşəkar musiqiçi Həsən Ağayev hazırlayıb.

Aysel

Bu gönderiyi Instagram'da gör

HP ARABIA | BEAUTY, FASHION & LIFESTYLE (@hpmagazinearabia)'in paylaştığı bir gönderi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью