Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Müğənni Dilarə Kazımova yenidən aktrisa kimi kamera qarşısına keçib.
Axşam.az xəbər verir ki, sənətçi bir hissəsi Bakıda lentə alınan Özbəkistan istehsalı "Daşkəndə səyahət" filmində rol alıb.
Bu barədə filmin rejissoru, ssenaristi və aktyoru Behzod Coniyev məlumat verib. O, Dilarə ilə birgə fotosunu paylaşaraq sənətçinin səsini yüksək qiymətləndirib.
"Bu film sayəsində Dilarə Kazımovanın təkrarolunmaz səsi ilə tanış oldum. Sonra onun bütün mahnılarını dinlədim. Mənə elə gəlir ki, belə səs min ildə bir dəfə doğulur. Ümid edirəm ki, yenidən birlikdə çalışmaq imkanımız olacaq" deyə, rejissor bildirib.
Qeyd edək ki, "Daşkəndə səyahət" filmi Azərbaycan, Özbəkistan və Qazaxıstanın birgə istehsalıdır. Melodrama, komediya və ekşn janrlarını özündə birləşdirən ekran əsərinin bir hissəsi Bakıda çəkilib.