Dilarə Səlim Mədəniyyət TV dən ayrılıb? ÖZÜ AÇIQLADI

26.06.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Mədəniyyət TV-nin rəhbəri Dilarə Səlim mediada Mədəniyyəy TV-dən ayrılmasına dair yayılan məlumata münasibətini bildirib.

Gununsesi.info  həmin açıqlamanı təqdim edir:

“Mənim “Mədəniyyət” kanalından ayrılmağım yalandır. Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri etikdir. Bir daha xahiş edirik, informasiyanı məmbədən dəqiqləşdirmədən vermək qeyri peşəkarlıq və məsuliyyətsizlikdir”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью