Dilarə Səlim sükutu pozdu: “Səlahiyyətləri başqa əməkdaşa tapşırmışam”

26.06.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.

O bildirib: “Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və buna görə də kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir”. Marqarita pizza

Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью