Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

26.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır.
Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.
“Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir”, - o bildirib.
Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью