“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu

02.12.2024

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bakı Kitab Mərkəzində "Dilarənin monoloqları” adlı kitabın təqdimatı keçirilib. Əsər teleaparıcı, Əməkdar artist Dilarə Əliyevanın əsasən "Söhbət var” verilişindəki stəndapları əsasında ssenarist və prodüser Fariz Əliyev tərəfindən qələmə alınıb.

Kitabda müxtəlif mövzuları əhatə edən və səhnəmizin məşhur simalarının, həmçinin dünyadan köçən sənətkarların aforizmlərə çevrilə biləcək fikirləri yer alıb.

Tədbirdə Xalq artistləri Zamiq Əliyev, Eyyub Yaqubov, Mehriban Zəki, Nəzakət Teymurova, Tünzalə Ağayeva, şairə Sevinc Çılğın, jurnalist və teleaparıcı İslam Qədirli və digər qonaqlar çıxış edib, D. Əliyevanın yaradıcılığının özünəməxsusluğundan söz açıblar. Tədbirin sonunda Dilarə Əliyeva qonaqlar üçün kitabı imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью