Dilçilər heyəti 2026 cı ilin sözünü seçdi Mogging nə deməkdir?

03.11.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

"Collins English Dictionary" lüğətinin dilçilər heyəti tərəfindən 2026-cı ilin sözü seçilib.

Kulis.az xəbər verir ki, seçim istifadə tezliyi və dil tendensiyaları təhlil edilərək həyata keçirilib.

Əvvəlki illərdə seçilən "permacrisis", "AI", "Brat" və "vibe coding" kimi sözlərdən sonra bu ilin qalibi Z və Alfa nəsilləri arasında sürətlə yayılan "Mogging" jarqonu olub.

İllik istifadəsində 210 faizlik artım qeydə alınan bu söz bir şəxsi və ya əşyanı kölgədə qoymaq və üstələmək mənasını ifadə edir.

"Mogging" sözü kök etibarilə bodibildinq mədəniyyətindəki "qrupun alfa kişisi" mənasını verən "AMOG" qısaltmasına əsaslansa da, yeni nəsillər onu bu neqativ və toksik mənalarından təmizləyərək gündəlik həyatda yumoristik jarqon kimi mənimsəyiblər.

"Stylemogging", "carmogging" və "lifemogging" kimi törəmə formaları olan bu ifadə indi daha çox xoş zarafatlar və dostyana üstünlükləri vurğulamaq üçün işlədilir.

Qeyd edək ki, siyahıda "mogging"lə yanaşı işəgötürənlərin vakansiya açdıqdan sonra işçi namizədlərini geri çevirməsini bildirən "Ghost jobs", yeni saç stili olan "Bixie" və süni intellektin bəşəriyyətə gətirə biləcəyi fəlakət ehtimalını ifadə edən "P(doom)" kimi sözlər də ilin diqqətçəkən terminləri arasında yer alıb.

Məşhur aktrisadan Qəzza paylaşımı ABŞ-dən Türkiyəyə qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu Xəlil Rza Ulutürk: Xalqın harayına çevrilən səs, imperiyanın qorxduğu şair
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью