Dilçilik İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

29.05.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 may, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçiləri Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi və Fərqanə Dövlət Universitetinin Dilçilik kafedrası tərəfindən təşkil olunmuş “Türk filologiyası məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda dosentlər Aytən Bəylərova və Türkan Əsgərova elmi məruzələrlə çıxış ediblər. Konfrans çərçivəsində Azərbaycan alimləri Fərqanə Dövlət Universitetində dərslərdə iştirak edib, tələbələrin suallarını cavablandırıb, Dilçilik İnstitutunun fəaliyyəti barədə məlumat veriblər. İnstitut tərəfindən universitetin kitabxanasına kitablar hədiyyə edilib.

Fərqanə Dövlət Universitetinin Filologiya fakültəsində keçirilən tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Hindistanı təmsil edən professor və müəllim heyəti aktual elmi məsələlərə dair məruzə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью