Dilçilik tariximizin Heydər Əliyev dövrü ŞƏRH | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zəngin ifadə imkanlarına malik olan Azərbaycan dilinin qədim tarixi vardır.
Tarixin müxtəlif dövrlərində ana dilimiz bir çox təsirlərə məruz qalsa da xalqımız bu dili qoruyub yaşatmış və yetişən növbəti nəsillərə ötürmüşdür.
Milli dilimiz üçün çətin dövlərdən biri ölkəmizin Sovetlər birliyinin tərkibində olduğu illər, xüsusilə də 1970-ci illərin ortaları olmuşdur.
Lakin Azərbaycanın dahi oğlu Heydər Əliyevin cəsarəti və şəxsi təşəbbüsü nəticəsində Azərbaycan dili zamanın bu sınağından da uğurla çıxa bilmişdir.
Belə ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”, maddəsi öz əksini tapmışdır.
Sovetlər dövründə Azərbaycan dilinin mənfi təsirlərə məruz qalmasının qarşısını almaq üçün dahi şəxsiyyət hər zaman öz gücünü səfərbər etmiş, xalqımızın milli sərvətini qoruyub saxlaya bilmişdir.
Xalqımız müstəqillik əldə etdikdən sonra ana dilimiz bütün təsirlərdən azad olmuş və ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan dili özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Tam oxu
Xəbəri oxu