Dildə ən ciddi problemlərdən biri danışdığı kimi yazmaq və yazdığı kimi danışmaqdır Qulu Məhərrəmli

18.02.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dildə ən ciddi problemlərdən biri danışdığı kimi yazmaq və yazdığı kimi danışmaqdır.

Trend xəbər verir ki, bunu bu gün Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda deyib.

Q.Məhərrəmli vurğulayıb ki, idman şərhçilərinin bəziləri Azərbaycan dilini yaxşı bilmirlər.

“Bu səhvlərə ən çox futbol yarışlarının şərhi zamanı rast gəlinir”.

O əlavə edib ki, mediada ən çox yol verilən səhvlərdən biri də "hava şəraiti" ifadəsinin işlədilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью