Dilənçilik edən uşaqların sayı artıb

12.08.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ötən il Azərbaycanda müxtəlif hüquqpozmalarla əlaqəli daxili işlər orqanlarına 7 min 289 nəfər yetkinlik yaşına çatmayan şəxs gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu şəxslərin 12,8%-i və ya 936 nəfəri dilənçilik edənlər olub.
Müqayisə üçün bildirək ki, dilənçilik etdiyi üçün daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların sayı son 2 ildə təxminən 2,5  dəfə artıb. Belə ki, 2023-cü ildə dilənçilik etdiyi üçün daxili işlər orqanlarına 370 yetkinlik yaşına çatmayan şəxs gətirilib.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью