Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Şanlıurfa şəhərində dilənçilərə qarşı keçirilən yoxlamalar zamanı İran vətəndaşı saxlanılıb. Onun üzərindən çıxan pulun məbləği diqqət çəkib.
Lent.az xəbər verir ki, polis şöbəsinə aparılan şəxsin üzərində 60 min lirə aşkarlanıb.
Adı açıqlanmayan İran vətəndaşına dilənçilik etdiyinə görə 3 min 700 lirə inzibati cərimə tətbiq olunub.
Prosedurlar başa çatdıqdan sonra həmin şəxs Türkiyədən deportasiya edilib.