Dilerləri bezdirən çinli istehsalçılar

02.09.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yerli brendlərindən imtina edib Çin avtomobillərinin satışı ilə məşğul olan avropalı dilerlər peşimalıq çəkirlər. Çin avtomobillərinin sahiblərini ehtiyat hissə yoxluğu narahat edirsə, dilerləri başqa məsələlər bezdirib. 

Avtosfer.az xəbər verir ki, Almaniyanın “Automobilwoche” jurnalı Çin avtomobillərinin dilerlərinin maliyyə sənədlərini əldə edib. Sənədlərdən məlum olub ki, istehsalçılar dilerlərə ödənməli vəsaitləri, zəmanət çərçivəsində ödənilməli xərcləri və digər pulları gecikdirirlər. Gecikmə bəzən 6 aya çatır. Ən ciddi ləngimə BYD və “Xpeng” kimi böyük istehsalçılarda qeydə alınıb.

Dilerlər bildidirlər ki, hər dəfə problemin həlli üçün Çinin dövlət qurumlarına müraciət etmək məcburiyyətində qalırlar. Müştərilərdən alınan pullar istehsalçıya gecikmədən ödənilir. Lakin onlar vəsaiti xərcləməyə xəsislik edirlər.

Əvvəllər Çin daxilində də vəziyyət fərqli deyildi. Maliiyə məsələsində süründürməçilik normaya çevrilmişdi. Yanvardan etibarən rəsmi Pekin qaydaları sərtləşdirdi, ödəmə problemləri ilə bağlı qaynar xətt təşkil edildi. Nəticədə debitor borcların ödənilməsi müddəti 300 gündən 54 günə endi. Yaxın vaxtlarda Çin hökuməti xarici dilerlərlə bağlı da məsələləri yoluna qoymağı planlaşdırır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью