“Dili mükəmməl bilməsəm də...” Şahruddin tənqidlərə cavab verdi

19.11.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ona ünvanlanan tənqidlərə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli qolkiper bu barədə instaqram hesabında paylaşım edib.

“Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır”, – deyə o bildirib.

Qeyd edək ki, Ş. Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan (3:1) sonra jurnalistlərə açıqlamasında Azərbaycan dilində səlis danışa bilməməsi səbəbindən sosial şəbəkələrdə tənqid olunmuşdu.

Onu da bildirək ki, həmin matçda zədələnən qapıçı2–3 ay meydanlardan uzaq qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью