Dili sosial şəbəkədəki fəhlə yox, ziyalı korlayır VİDEO

17.11.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də bir xalqın bütövlük simvolu, onun düşüncə tərzini, mədəni dünyasını yaşadan müqəddəs dəyərdir. Onu qorumaq, ona sahib çıxmaq hər birimizin mənəvi borcudur.

Uzun illərdir cəmiyyətdə Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının düzgün tətbiqi ilə bağlı müzakirələr aparılsa da, bir çox problemlər hələ də qalmaqdadır.

Məsələnin aktuallığını nəzərə alaraq AMEA-nın Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli və "Ulduz" jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəslə bu mövzunu müzakirə etdik.

Müsahibədə gündəlik ünsiyyət, media və rəsmi sənədlərdə dil qaydalarına əməl olunmaması, lüğətçilik sahəsində problemlər, xarici söz və terminlərin düzgün tərcümə edilmədən istifadəsi, yeni texnologiyalar, elm və biznes sahələrində Azərbaycan dilində adekvat terminlərin olmaması, gənc nəsil arasında dil bilgilərinin zəifləməsi kimi məsələlərə toxunuldu. Eləcə də dilin qorunması istiqamətində görülməsi vacib olan konkret işlərdən bəhs olundu.

Ətraflı videoda...


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью