“Dilimiz varlığımız və tariximizdir: Azərbaycan dili dünəndən bu günə” FOTO

26.11.2026

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Bu başlıqlı maarifləndirici tədbir Lerik rayon Heydər Əliyev Mərkəzinin və Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Bahar Mürsəliyeva və məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Rüqəyya Canməmmədova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycan dilinin qədim tarixi, zəngin söz ehtiyatı, inkişaf yolu, dövlət dili kimi mövqeyi və onun qorunub saxlanılmasının hər bir vətəndaşın mənəvi borcu olması vurğulanıb.
Daha sonra şagirdlər tərəfindən Azərbaycan dilinə həsr olunmuş şeirlər səsləndirilib, dilimizin tarixi inkişaf mərhələlərini əks etdirən təqdimatlar nümayiş etdirilib. Şagirdlərin çıxışları tədbirə xüsusi rəng qatıb.
Sonda ana dilimizin milli varlığımızın, tariximizin və mənəvi irsimizin ayrılmaz hissəsi olduğu bildirilib, onun saflığının qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, milli-mənəvi dəyərlərimizin qorunmasında və xalqımızın milli kimliyinin formalaşmasında dilimizin rolu barədə şagirdlərin biliklərini artırmaq, onlarda ana dilinə sevgi və hörmət hissini gücləndirmək olub.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью