Icma.az, Footbal-plus saytına istinadən bildirir.
İqor Tudor dilinin bəlasına düşüb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (İFA) “Tottenhem”in baş məşqçisinə qarşı rəsmi ittiham irəli sürüb. Buna xorvatiyalı mütəxəssisin “Fulhem”ə 1:2 hesablı məğlubiyyətdən sonra hakim Tomas Bramallı kəskin tənqid etməsi səbəb olub. Tudor martın 1-də keçirilən oyundan sonra referini “ev sahibinin tərəfdarı” adlandırmış və onu futboldan anlamamaqda ittiham etmişdi.
İFA hesab edir ki, Tudor bu çıxışları ilə hakimin qərəzsizliyini şübhə altına alıb və intizam qaydalarını pozub. Hələ ki məşqçiyə hansı cəzanın veriləcəyi məlum deyil.