Dilinin bəlasına düşdü

18.04.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Harri Maquayr dilinin bəlasına düşüb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi qeyri-etik davranışına görə cəzalandırılıb.
İngiltərə Futbol Assosiasiyasının qərarına əsasən, təcrübəli futbolçu “Bornmut”la oyunda (2:2) qırmızı vərəqədən sonra hakimə qarşı davranışına görə daha bir matçlıq diskvalifikasiya olunub. Beləliklə, Maquayr aprelin 18-də “Çelsi” ilə keçiriləcək oyunu da buraxacaq.
Qeyd edək ki, Londondakı matçda cəzalı olan Lisandro Martines də iştirak etməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью