DİM 2 ci cəhd üçün qeydiyyata başladı

26.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb.

Yenisabah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi qeydiyyatın iyunun 8-dək davam edəcəyini elsn edib.

Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.

Mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər iyunun 29-da keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью