DİM bu gün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib YENİLƏNİB Yeni Gündəm | Icm…
Icma.az, Yenigundem portalına istinadən məlumat verir. 1 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhə
“Yeni Gundem”in DİM-ə istinadən verdiyi məlumata görə, imtahanın keçirilməsi üçün 2 bina, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 19 nəz
Nəticələr “Danışıq bloku” imtahanı keçiriləndən iki həftə sonra elan olunacaq.
Dekabrın 1-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq.
Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan dekabrın 4-də keçiriləcək.
Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir.
Tam oxu
Xəbəri oxu