DİM də fənlər üzrə elmi metodik seminarlar başlanır

09.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 oktyabr, AZƏRTAC

2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların müzakirəsi, test tərtibi metodikasının təkmilləşdirilməsi və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq məqsədilə oktyabrın 12-dən Dövlət İmtahan Mərkəzində (DİM) fənlər üzrə elmi-metodik seminarlar başlayacaq.

DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarların keçirilməsində əsas məqsəd imtahan materiallarının müzakirəsi və test tərtibi metodikasının təkmilləşdirilməsidir.

Fənlər üzrə elmi-metodik seminarların cədvəli ilə buradan tanış olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью