DİM də növbəti TOEFL iBT imtahanı təşkil ediləcək

02.07.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 4-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) TOEFL iBT imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahan saat 09:00-da başlanacaq.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

İmtahan haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью