DİM dən rezidentura namizədlərinə MÜRACİƏT

15.07.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri) üzrə sınaq imtahanında iştirak edəcək namizədlərə müraciət edib.

Redaktor.az bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, 17 iyulda keçiriləcək imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

İmtahan elektron formada keçiriləcək.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью