DİM hakimliyə namizədlər üçün test imtahanı keçirəcək

09.12.2024

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim edib

Hakimliyə namizədlərin seçim prosesi ilə əlaqədar test imtahanı dekabrın 15-də keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsindən bildirilib.

Qeyd olunub ki, 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim edib.

Test imtahanı dekabrın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью