DİM imtahan keçirəcək

09.01.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью