DİM imtahan tarixini elan etdi

02.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda A və B növü vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat elan edib.

"Yeni Sabah" xəbər verir ki, test imtahanları noyabrın 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC, eləcə də B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 22-dək davam edəcək. Sezar pizza


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью