Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
İmtahanda 54247 abituriyent iştirak edib. Artıq həmin ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından bir müddət keçsə də, sosial şəbəkələrdə abituriyentlər, validey
Bu barədə ekspertlər necə düşünürlər, doğrudanmı “Tarix” fənnindən suallar çox mürəkkəb tərtib olunub?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, “Azərbaycan tarixi” fənni üzrə qəbul imtahanlarında təqdim olunan test tapşırıqlarına dair narazılıqlar artıq təkrarlanan və struktur xarakter daşıyan bir problemə çevrilib: “Son üç ildə – 2023, 2024 və 2025-ci illərdə keçirilən imtahanlardan sonra eyni məzmunlu şikayətlər sosial şəbəkələrdə, ictimai müzakirələrdə və mütəxəssis rəylərində yer almaqdadır.
Bu isə onu göstərir ki, məsələ təkcə hansısa bir sualın çətinliyi ilə bağlı deyil, ümumilikdə Dövlət İmtahan Mərkəzinin (DİM) “Tarix” fənnini qiymətləndirmə yanaşmasında konseptual və metodoloji çatışmazlıqlar var.
Ən çox tənqid olunan məqam odur ki, DİM-in bu fənn üzrə sualları təhsil proqramı və dərsliklərlə üst-üstə düşmür.