DİM in müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edilib FOTOLENT

01.06.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 6-10 yaş arasında olan şəhid övladlarına “Abituriyent” jurnalı redaksiyasının müvafiq yaş qrupları üçün qiymətləndirmə kitabçaları hədiyyə edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bayram günü münasibətilə 108 şagirdə 12 adda 324 kitab təqdim olunub.

Bu vəsaitlərdən sinif şagirdləri, eləcə də müəllimlər faydalana bilərlər. Kitabçalarda uşaqların psixoloji diaqnostikası, Azərbaycan, ingilis və rayaziyyat fənlərinə aid qiymətləndirmə tapşırıqları yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью