DİM in şöbə müdiri: Şəffaflıq və obyektivlik yalnız real biliklərə əsaslanan cavablarla mü…
Icma.az bildirir, 525.az portalına istinadən. Bəzi abituriyentlərin imtahan zamanı açıq tipli suallara verdikləri qeyri-adi reaksiyalar mara
Onlardan bəziləri yazılı cavab əvəzinə sual kitabçalarına şəxsi məlumatlarını və ya “təəccüblü qeydlər” yazırlar.
İmtahan zamanı müəyyən abituriyentlər cavab sahəsində tapşırığa uyğun fikir bildirmək əvəzinə mobil nömrələrini və ya “hörmət edəcəyəm” kimi qeydləri yazaraq nəticəyə təsir edəcəyini düşünürlər.
525.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov aprelin 8-də DİM-in elektron imtahanlar korpusunda təşkil olunan mediaturda çıxışı zamanı məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bu cür yanaşmaların qiymətləndirməyə heç bir müsbət təsiri yoxdur və həmin tapşırıqlar tamamilə qiymətləndirilmədən sıfır bal ilə nəticələnir.
“Bəziləri düşünür ki, markerlər bu qeydlərə baxıb güzəştə gedə bilər.
Amma qiymətləndirmə meyarları çox sərtdir və yalnız düzgün məzmunlu cavablar üzrə ballar verilir.
Ekspertlər bu cür hallarının əsas səbəbini bəzi abituriyentlərin hazır olmaması və ya imtahanda emosional gərginlik yaşaması ilə əlaqələndirirlər.
Tam oxu
Xəbəri oxu