Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzinin qabiliyyət tələb edən ixtisaslarla bağlı verdiyi son qərarı bu istisaslar üzrə hazırlaşan abituriyentlərin narazılığına səbəb olub.
Xüsusilə dizayn ixtisası üzrə hazıraşıb gücü daha çox qabiliyyət imtahanına verən abituriyentlərin bu dəfəki imtahanlarda qabiliyyəti deyil, test cavablarının əsas götürüləcəyi onlar arasında çaşqınlıq yaradıb.
Ölkə.az xəbər verir ki, bununla bağlı Tribuna.az-a müraciət edən bir qrup valideyn və abituriyent bildirib ki, test buraxılış imtahanlarına 2 aydan az vaxt qaldığı bir ərəfədə belə qərarın verilməsi qəbul edilməzdir.
Valideynlər və illərdir qabiliyyət imtahanına hazırlaşan abituriyenlər bu qərara qarşı çıxır, bu qərarı haqsızlıq adlandırır: “DİM 5 dekabr qərarında açıqlayıb ki, 2026/2027-ci tədris ilindən etibarən Təsviri sənət istiqamətinin 14-cü komissiyasına aid dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcək.
Qabiliyyət imtahanından məqbul almaq üçün abituriyentin (subbakalavrın) imtahan nəticəsi 10 ballıq şkala üzrə 6 bal və daha yuxarı olmalıdır.
İxtisas üzrə müsabiqə abituriyentin V ixtisas qrupu üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi test balı əsasında aparılacaq.
Qərarda 2060-27-ci illər qeyd edilir və elə anlaşılır ki, bu ilin abituriyentlərinə şamil edilmir. Ancaq belə deyil.