Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Dövlət İmtahan Mərkəzi (DİM) hər il buraxılış və qəbul imtahanlarında iştirak edən abituriyentlərdən yüksək xidməthaqqı tələb edir.
Rəsmi açıqlamalara görə, bu ödənişlər sualların hazırlanması, ekspertizası, yoxlanması və digər texniki xərclərə sərf olunur.
Lakin martın 2-də keçirilmiş buraxılış imtahanında istifadə olunan riyaziyyat suallarından biri ingilisdilli mənbədən götürülüb.
Bu, DİM-in iddia etdiyi kimi sualların böyük əmək və vəsait hesabına hazırlandığını ciddi şəkildə sual altına qoyur”.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu ittihamları təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında ictimailəşdirib.
O, DİM-i qeyri-şəffaflıqda ittiham edib: “Yuxarıdakı şəkillərdən də göründüyü kimi, sualın ingilis versiyası tam eyni məzmunla xarici mənbədən götürülüb.
DİM-in təqdim etdiyi sual isə sadəcə Azərbaycan dilinə tərcümə edilib və abituriyentlərə təqdim olunub”.