DİM magistratura imtahanlarına hazırlaşanlara müraciət etdi

15.01.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, imtahan 19 yanvar 2025-ci il tarixində keçiriləcək: "İştirakçılar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı buradan çap edə bilərlər. Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью