DİM sədri Kamran Əsədovun həbsindən danışdı

04.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Hazırda paralel şəkildə iki proses gedir və bu proseslərə cəlb olunan şəxslərin adlarını çəkmək məqsədəuyğun deyil. Həmin proseslərdə əsasən müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edir və onlar uzun müddət real abituriyentlərlə ictimaiyyət nümayəndələri arasında süni maneələr yaradaraq imtahanlar barədə şayiələr və əsassız iddialar yayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-in İdarə heyətinin sədri Məleykə Abbaszadə deyib.

Sədr qeyd edib ki, aparılan araşdırmalar bu fəaliyyətlərin arxasında tamamilə fərqli məqsədlərin dayandığını göstərib. Onun sözlərinə görə, kimlərin riyakar, kimlərin isə səmimi mövqe tutduğu artıq cəmiyyət üçün aydın olub.

DİM sədri vurğulayıb ki, belə şəxslərin təhsil sistemindən və təhsil ətrafında fəaliyyət göstərən strukturlardan uzaqlaşması arzuolunandır. O bildirib ki, hazırlıq kurslarında yalnız peşəkar və vicdanla müəllimlik edən şəxslər fəaliyyət göstərməlidir.

Məleykə Abbaszadə əlavə edib ki, imtahan prosesləri daim nəzarətdə saxlanılır və köçürmə halları yalnız imtahan zallarında deyil, nəticələrin emalı mərhələsində də xüsusi alqoritmlər vasitəsilə aşkarlanır. Onun sözlərinə görə, mövcud qaydalara əsasən, kimlərin kimlə köçürdüyü texnoloji üsullarla dəqiq müəyyən edilir.

Qeyd edək ki, son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. “Qafqazinfo”nun məlumatına görə, Gəncə Şəhər Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edərək, onun barəsində əvvəl seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib və Kamran Əsədov məhkəmə zalında həbs edilib.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью