Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır. Bu gün taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyət
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib.
Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.Xatırladaq ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1470 namizəd qeydiyyatdan keçmişdir.
Onlardan 1407 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1210 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.Yük daşımalarını
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.