DİM test imtahanlarından keçən şəxslərə müraciət etdi

05.12.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Oktyabrın 27-də və noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilmiş test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, test imtahanlarında uğur qazanan və aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:

- Noyabrın 3-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında iştirak edənlər;

- Oktyabrın 27-də və noyabrın 3-də avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün əvvəlcə [email protected] ünvanına müraciət olunmalı və ərizəyə şəxsiyyəti təsdiqləyən sənədin surəti əlavə edilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью