Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 20 oktyabr, AZƏRTAC Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə Bakı, Gəncə, Şəki, Bərdə və Göyçay şəhərlərində müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki müsahibə mərhələsinə 2235 nəfər buraxılıb.
Xatırladaq ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.
Müraciəti DİM tərəfindən təsdiq edilən namizədlərə növbə ilə müsahibəyə qeydiyyatla bağlı elektron poçt və SMS göndərilir.
Həmin namizədlər elektron anketə daxil olaraq özlərinə uyğun gələn müsahibə tarixini seçirlər.
Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtinası kimi qiymətləndirilir.
Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər: -Şəxsiyyət vəsiqəsi;-Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);-İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan (dövlət qulluğu haqqında qanunun tələbinə görə dövlət qulluqçuları müraciət edə bilməzlər) şəxslərdən arayış tələb olunmur.