DİN: 34 kiloqrama yaxın narkotik vasitə götürülüb

08.08.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 avqust, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 7-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə və 117 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 ton çəkidə 4 min 922 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью