DİN: axtarışda olan 6 nəfər saxlanılıb, 38 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

12.04.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, ümumi çəkisi 38,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqrama yaxın heroin, 36,7 kiloqramdan çox marixuana və metamfetamin olub.
Ötən gün, həmçinin DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 patron darağı və 42 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью