DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb

10.11.2024

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.

Oxu.Az xəbər verir ki, DİN "X" sosial şəbəkəsində İraqda fəaliyyət göstərən "Rudaw" telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.

Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.

"Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub", - DİN-dən bildirilib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью