DİN Bakıda əməliyyat keçirdi: 24 nəfər saxlanıldı FOTO/VİDEO

27.12.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabunçu rayonunda dekabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. 
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb.
Onlardan ümumilikdə 13 kiloqram müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb. 
 

Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar. Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim edilib, araşdırmalar aparılır. 


Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir. 


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью