DİN bu görüntülərlə bağlı araşdırmaya başlayıb

26.05.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntələrlə bağlı araşdırmaya başlayıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır:

"Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir".

Qeyd edək ki, sosial şəbəkədə qadının şəhidin plakatını təhqir etdiyi iddia edilən kişini döyməsi ilə bağlı video görüntülər paylaşılıb. Sözügedən qadının şəhidin anası olduğu bildirilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью