DİN bu xidmətə qəbul elan etdi Kimlər iştirak edə bilər VİDEO KONKRET

23.06.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müsabiqədə ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью