DİN çağırış etdi: “Silahı könüllü təhvil ver”

05.06.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daxili İşlər Naziliyi silahı olanların silahlarını könüllü olaraq təhvil verməsilə bağlı çağırış edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə DİN sözçüsü Elşad Hacıyev məlumat paylaşıb. O bildirib ki, silahını könüllü təhsil verənlər məsuliyyətdən azad olacaqlar:

“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması və götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
İyunun 4-də keçirilən tədbirlər zamanı:
7 avtomat silahı
2 tapança
4 qumbara
18 tüfəng
6 patron darağı
293 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qanunsuz silah saxlamaq ağır cinayətdir. Lakin könüllü şəkildə təhvil verildikdə cinayət məsuliyyəti nəzərdə tutulmur.

Özünüzü və başqalarını təhlükədən qorumaq üçün bu çağırışa biganə qalmayın”.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью